Accessibility links

Hindistanla Pakistan arasında 2008-ci ildən bəri ilk rəsmi görüş keçirilib


Hindistanla Pakistan arasında 2008-ci ildən bəri ilk rəsmi görüş keçirilib

Hindistanla Pakistan arasında 2008-ci ildən bəri ilk rəsmi görüş keçirilib

<!-- IMAGE -->

Hindistanın xarici işlər naziri Nirupama deyir ki, Pakistanlı həmkarı Salman Bəşir ilə danışıqlar ölkələr arasında inamın bərpa olunmasına yönəlib. Nazirlər bu gün Dehlidə 2008-ci il Mumbay hücumlarından sonra ölkələr arasında ilk rəsmi danışıqlar keçiriblər. Hindistan mətbuatının məlumatına görə, cənab Rao pakistanlı həmkarına deyib ki, Pakistan hücumla və bu partlayışlarda Pakistan yerləşən yaraqlı qrupun əli olması ilə bağlı lazımi təhqiqat aparmayıb. Hindistan Pakistanla danışıqlar apararaq ölkədəki terrorizmə qarşı mübarizəni müzakirə etməyi prioritetinə çevirib. Pakistan daha iri-miqyaslı müzakirələrin keçirilməsini istəyir. O, bu danışıqlara Kəşmir məsələsinin da daxil edilməsinə çalışır.

XS
SM
MD
LG