Accessibility links

Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu


Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu

Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu

Bu günlərdə Amerikada qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi dünyada mətbuatın durumu ilə bağlı 2009-cu il üçün hesabatını açıqladı. Hesabatın Azərbaycana dair hissəsində ölkədə media azadlıqları baxımından vəziyyətin ağır olduğu vurğulanır. Xüsusi olaraq jurnalistlər Eynulla Fətullayev, Qənimət Zahidin, internet blogerləri Adnan Hacızadə və Emin Millinin həbsləri, o cümlədən Novruzəli Məmmədovun məhbəsdə vəfatı işıqlandırılır. Bu arada Azərbaycanda qəbul olunan yeni media qanununu bir çox təhlilçilər mürtəce müddəalarına görə tənqid edir. Azərbaycanda müstəqil medianın vəziyyti barədə diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadığov və media hüquqları üzrə mütəxəssis Ələsgər Məmmədlini dəvət etdik.

Beynəlxalq təşkilatların Azərbaycanda medianın durumu ilə bağlı yaydığı hesabatları tənqid edən Bəxtiyar Sadığov bunların qərəzdən qaynaqlandığını bildirdi. Onun sözlərinə görə Azərbaycanla bağlı mənfi rəy yayan təşkilatlar ölkədəki vəziyyətlə bağlı düzgün araşdırmalar aparmır və yanlış nəticələr çıxarır. Cənab Sadığov əlavə etdi ki, ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində Azərbaycanda media ab-havası yaxşılaşıb. Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli diqqəti məhbəsdə yatan jurnalistlərə çəkdi. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin xuliqanlıq maddəsi altında həbsini misal çəkən ekspert Azərbaycan hökumətinin artıq diffamasiya deyil, başqa maddələrdən istifadə edərək müstəqil fikir daşıyıcılarını cəzalandırdığını önə çəkdi. Lakin bu növ taktikalar beynəlxalq mətbuat monitorlarını azdırmır və onlar Azərbaycanla bağlı bir çox həqiqətlərdən agahdır.

XS
SM
MD
LG