Accessibility links

Viktor Yanukoviç Ukraynanın yeni prezidenti kimi and içib


<!-- IMAGE -->

Viktor Yanukoviç bu gün Ukraynanın 4-cü prezidenti kimi and içərək neytral Avropa dövləti yaratmaq və ölkəni iqtisadi tənəzzüldən çıxarmağa söz verdi.

Cənab Yanukoviçin Kiyevdə parlament binasında siyasətçilər və xarici ölkə diplomatlarının iştirak ediyi inaqurasiya mərasimi onun seçkidə rəqibi olmuş baş nazir Yuliya Timoşenko tərəfindən boykot edilmişdir.

Xanım Timoşenko və onun müttəfiqləri Yanukoviçin prezidentliyini qəbul etməkdən imtina edirlər. Yuliya Timoşenko cənab Yanukoviçin saxtalaşdırılmış seçki nəticəsində qələbə çaldğını iddia edərək, onun Ukrayna əleyhinə diktatorluğa hazırlaşdığını deyir.

Boykot parlament zalını yarı boş qoyaraq, Kiyev hökumətini son illər ərzində iflic vəziyyətinə salmış siyasi nifaqdan xəbər verir.

XS
SM
MD
LG