Accessibility links

Dövlət katibi Klinton:"Türkiyə-Ermənistan yaxınlaşması hər iki tərəf üçün faydalıdır"


<!-- IMAGE -->

ABŞ Dövlət katibi Hillari Klinton Konqresin Xarici Əlaqələr komitəsində qarşısında çıxışı zamanı Türkiyə-Ermənistan münasibətlərinə dair açıqlamalar verib. Xanım Klinton iki ölkə arsında yaxınlaşmanın əhəmiyyətini xüsusi qeyd edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsi gələn həftə ermənilərin iddia etdiyi soyqırıma dair qətnamə ilə bağlı müzakirələr keçirməyə hazırlaşır. Qətnamədə ABŞ-ın xarici siyasətində ermənilərin iddia etdiyi soyrırımın nəzərə alınmalı olduğu deyilir.

ABŞ Dövlət katbi Hillari Klinton konqresmenlərdən birinin Obama administrasiyasının soyqırımla bağlı qətnaməyə münasibətdə mövqeyinə dair sualı cavablandırdı. “Türkiyə və Ermənistan arasında münasibətlərdə bizim mövqeyimiz ondan ibarətdir ki, Türkiyə və Ermənistanın başladığı normallaşma prosesi hər iki tərəf üçün olduqca faydalıdır. Bu, qeyd-şərtsiz və əlverişli vaxt cədvəli əsasında baş verməlidir.” deyə xanım Klinton bildirmişdir.

Xanım Klinton diqqəti Türkiyə və Ermənistan arasında yaxınlaşmaya çəkərək deyib ki, bu inkişafın qarşısını ala biləcək addımlara yol verilməməlidir. Dövlət katibi Klinton qeyd etdi ki, ABŞ Türkiyə və Ermənistan arasında yaxınlaşma səylərinə yardım göstərir.

Dövlət katibi Klinton prezident Barak Obamanın keçən il aprel ayının 24-ü verdiyi açıqlamanı xatırlatdı. “Prezident Obama açıq bildirdi ki, bizim marağımız tarixi hadisələrə aid faktların tam və ədalətli şəkildə etiraf edilməsi olaraq qalır. Lakin bunun ən yaxşı yolu irəliyə doğru addım atan erməni və türk xalqlarının prosesin bir hissəsi olaraq tarixi keçmişdəki faktları özlərinin araşdırmasıdır.”

Prezident Obama aprelin 24-ü açıqlamasında soyqırım sözünü işlətməmişdi. Ankarada olduğu zaman cənab Obama Türkiyə və Ermənistan arasında diplomatik prosesə zərər vurmamaq üçün heç bir açıqlama vermək istəmədiyini demişdir.

Mart ayının 4-də qətnamənin əvvəlki illər olduğu kimi Xarici Əlaqələr komitəsinı çıxarılacağı gözlənilir. Əsas sual qətnamənin Nümayəndələr Palatasında gündəmə gətirilib-gətirilməməsi olacaq. Bundan öncəki qətnamə layihələrinin ümumi iclasda müzakirəyə çıxarılmasının qarşısı alınmışdı.


XS
SM
MD
LG