Accessibility links

İran prezidenti Mahmud Əhmədinejadın Suriya səfəri davam edir


İran prezidenti Mahmud Əhmədinejadın Suriya səfəri davam edir
İran prezidenti Mahmud Əhmədinejadın Suriya səfəri davam edir

<!-- IMAGE -->

Livanın Hizbullah yaraqlı qrupunun lideri dünən axşam Suriyada səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Görüşün bir hissəsi Suriya televiziyası ilə nümayiş etdirilib. Suriyanın Ərəb xəbər agentliyinin bildirdiyinə görə, Hizbullah lideri ilə İran prezidenti Suriya prezidenti Bəşar Əl-Əssadın verdiyi şam yeməyində görüşüblər. Hizbullanın Əl-Manar televiziyası ilə cənab Əhmədinejad və Hizbulla lideri Həssən Nəsrullanın regionda son inkişaflar və İsrailin Livan və Suriyaya qarşı hədələrini müzakirə etdikləri bildirilmişdir.

Bu ayın əvvəli İranın dövlət mediası cənab Əhmədinejadın Hezbullahla bir olmağa söz verdiyi və müharibə başlandığı təqdirdə yaraqlı qrupu İsrailə lazımi cavab verməyə çağırdığı haqda məlumat vermişdi.

Cənab Əhmədinejad Dəməşqdə Suriya prezidenti Bəşşar Əl-Əssədlə iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi məqsədi ilə danışıqlar aparır.

XS
SM
MD
LG