Accessibility links

Birmanın Ali Məhkəməsi Aunq San Su Kyunun apelyasiya müraciətini rədd edib


Birmanın Ali Məhkəməsi Aunq San Su Kyunun apelyasiya müraciətini rədd edib

Birmanın Ali Məhkəməsi Aunq San Su Kyunun apelyasiya müraciətini rədd edib

<!-- IMAGE -->

Birmanın Ali Məhkəməsi demokrat-yönümlü lider Aunq San Su Kyunun ev dustaqlığı ilə bağlı apelyasiya müraciətini rədd edib. Nobel Sülh mükafatı laureatı Aunq San Syu Kyu keçən il çayı üzüb keçən bir amerikalınınonun Ranqundakı evinə girməsinə icazə verməsi ilə qanunu pozduğuna görə həbs cəzasına məhkum edilmişdi. Ona bundan əvvəl 3 illik cəza verilsə də, ölkəni idarə edən hərbi xuntanın başçısı, general Tan Şve onu 18 ay əlavə ev dustaqlığına məhkum etdi.

Xanım Kyunun hüquqşunasları bu qərarın artıqqüvvədə olmayan 1974-cü il konstitusiyası əsasında verildiyini və artıq qeyri-qanuni olduğunu olduğunu irəli sürüblər. Onun vəkilləri məhkəməyə bir daha müraciət edəcəklərinibildiriblər.

XS
SM
MD
LG