Accessibility links

İnsan haqları komissarı Azərbaycana səfər edir


İnsan haqları komissarı Azərbaycana səfər edir

İnsan haqları komissarı Azərbaycana səfər edir

<!-- IMAGE -->

Media azadlığı, ədliyyə sistemi, hüquq-mühafizə əməkdaşlarının davranışı və qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazası Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin martın 1-dən 5-dək Azərbaycana səfəri zamanı müzakirə edəcəyi əsas mövzulardır. Bu, mandatının başlandığı vaxtdan onun Azərbaycana ikinci səfəridir. Xəbəri Avropa Şurasının Bakı ofisi yayıb.
Səfərin gedişində komissar Hammarberq prezident İlham Əliyev, Xarici İşlər, Ədliyyə və Daxili İşlər Naziri ilə, habelə Baş Prokurorla və Avropa Şurasının Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə görüşməyi planlaşdırır. Daha sonra komissar Ombudsmanla və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək. O insan hüquqlarına aidiyyəti olan bəzi yerlərə və müəssisələrə, o cümlədən Naxçıvan Muxtar Respublikasına da baş çəkəcək.

XS
SM
MD
LG