Accessibility links

Azərbaycanda internet reklamları canlanır


Azərbaycanda internet reklamları canlanır

Azərbaycanda internet reklamları canlanır

<!-- IMAGE -->

“Məmmədli” Reklam Şirkətinin direktoru Rafiq Məmmədli “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda reklam bazarında durumun daha da pisləşdiyini bildirib. Onun fikrincə. ölkədə ümumilikdə reklam bazarı formalaşmayıb. “Burada reklam bazarından deyil, müxtəlif qurumlardan danışmaq olar. Həmin qurumlarda hakimiyyətə yaxın adamlardır”.
O eyni zamanda, internet reklam bazarının genişləndiyini deyir.
Ekspert reklamların yayımında televiziyaların bir qayda olaraq liderlik etdiyini bildirib. “Televiziyalardan sonra reklamın yayılmasında ikinci yeri radiolar tutur. Küçə reklamları da reklamların yayılmasında mühümdür. Bu sahədə axırıncı yerdə çap mediası gəlir”.
Cənab Məmmədli ölkədəd siyasi reklamın çox az faiz təşkil etdiyini diqqətə çatdırıb. “Siyasi reklamların yayımı ilə demokratik seçkinin keçirilməsi düz mütənasibdir. Siyasi reklamlar demokratik seçki keçirilən ölkələrdə önəmli olur”.

XS
SM
MD
LG