Accessibility links

İraqın sabiq lideri Səddam Hüseynin hakimiyyəti dövründə xidmət göstərən minlərlə zabit vəzifələrinə qaytarılacaq

İraq hökumətinin bildridyinə görə, İraqın sabiq lideri Səddam Hüseynin hakimiyyəti dövründə xidmət göstərən və 2003-cü ildə Birləşmiş Ştatlar ordusunun ölkəyə müdaxiləsindən sonra işlərindən azad edilən 20 000 zabit vəzifələrinəqaytarılacaq. Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Əl-Əsgəri bu gün bildirib ki, zabitlər tezliklə işə çağırılacaq.

Siyasətdə müsbət bir addım kimi qarşılana bilən buaçıqlama İraqda mart ayının 7-də keçiriləcəkparlament seçkilərindən bir neçə gün əvvələ təsadüf edir. Müxalifət nümayəndələri isə belə bir addımla baş nazir Nuri Əl-Malikinin Səddam Hüseynin Bəəs partiyasından dəstək almaqistədiyini deyirlər. Hökumət bu ittihamları rədd edir.

XS
SM
MD
LG