Accessibility links

Barak Obama səhiyyə islahatlarında kompromisə hazır olduğunu deyir


Barak Obama səhiyyə islahatlarında kompromisə hazır olduğunu deyir
Barak Obama səhiyyə islahatlarında kompromisə hazır olduğunu deyir

<!-- IMAGE -->

ABŞ prezidenti Barak Obama səhiyyə islahatları haqda qanun üzərində Respublikaçılarla kompromisə gəlməyə razı olduğunu bildirib. Lakin həftəlik radio müraciətində cənab Obama aydın edib ki, əgər Respublikaçılar onlara qoşulmasa onda Demokratlar özləri bu qanunu qəbul edəcəklər. Cənab Obama deyib ki, o, hər iki partiya ilə irəli getməyə hazırdır, lakin bu şərtlə ki, başqa tərəf islahatların həyata keçirilməsində ciddi olsun. Lakin o, deyib ki, islahatlar gözləyə bilməz. Azlıqda olan Respublikaçı qanunvericilər deyirlər ki, qanun tamamilə yenidən hazırlanmalıdır. Demokratlar isə bunun üçün vaxtın olmadığını bildirir. Respublikaçılar cənab Obamanın onların bəzi təkliflərini yeni qanuna salmaq təklifindən məmnun deyillər.

XS
SM
MD
LG