Accessibility links

Pakistanda terror hücumu baş verib


Pakistanda terror hücumu baş verib
Pakistanda terror hücumu baş verib

<!-- IMAGE -->

Pakistan rəsmiləri bildirirlər ki, intiharçının parlayıcı maddə ilə dolu mikro-avtobusu polis məntəqəsinə çırpması nəticəsində iki polis zabiti və bir uşaq daxil olmaqla azı 4 nəfər həlak olub. Rəsmilər deyirlər ki, terror əməliyyatı şiml-qərb vilayətinin Əfqanıstanla həmsərhəd olan Karak şəhərində baş verib, və onlarla adamın yaralanmasına bais olub. Yerli polis və şahidlər deyirlər ki, intiharçı mikro-avtobusu polis məntəqəsinin əsas darvazası yaxınlığında saxlamışdı. Rəsmilər həmçinin bildirirlər ki, partlayış yaxınlıqdakı məscidi dağıdıb. Pakistan hökumətinin rəsmi xəbər agentlyi qeyd edib ki, prezident Asif Əli Zərdari və baş nazir Yusuf Raza Gilani hücumu məhkum edərərək, terrorizmə qarşı mübarizənin davam etdiriləcəyini bildiriblər.

XS
SM
MD
LG