Accessibility links

Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba partlayışı 11 nəfərin ölümülə nəticələnib


Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba partlayışı 11 nəfərin ölümülə nəticələnib
Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba partlayışı 11 nəfərin ölümülə nəticələnib

Əfqanıstanın Helmənd vilayətinin rəsmiləri yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində 11 adamın öldüyünü bildiriblər.

Talibanın əsas istinadgahı olan bu ərazidə yerli hökumətin sözçüsü bildirib ki, hadisə qurbanları beynəlxalq qüvvələrin tez-tez istifadə etdiyi yolla bir maşında səfər edirdilər. Sözçü hadisənin məsuliyyətini Taliban üsyançılarının üzərinə atıb.

Nəvzad rayonunda bu hadisə əfqan və beynəlxalq qüvvələrin Helmənd vilayətində Mərcah şəhərində əməliyyatları davam etdirdiyi zaman baş verir. İki həftədir sürən əməliyyat şəhərin üsyançılardan təmizlənməsi və əfqan administrasiyasının şəhərə nəzarəti ələ almasına yol açmışdır.

XS
SM
MD
LG