Accessibility links

Spiker Pelozi qanunvericiləri səhiyyə islahatlarına dair qanun layihəsini təsdiq etməyə çağırır


Spiker Pelozi qanunvericiləri səhiyyə islahatlarına dair qanun layihəsini təsdiq etməyə çağırır
Spiker Pelozi qanunvericiləri səhiyyə islahatlarına dair qanun layihəsini təsdiq etməyə çağırır

<!-- IMAGE -->

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelozi qanunvericiləri Birləşmiş Ştatlarda səhiyyə sistemində islahatları dəstəkləməyə çağırıb.

Nensi Pelozi bu gün deyib ki, o, amerikalıların tibbi xidmətlərdən istifadə etmək imkanlarını yaxşılaşdıracaq səhiyyə islahlatlarına dair qanun layihəsinin təsdiqinə çalışacaq. Pelozi bir ilə yaxındır islahlatlara dair qanun layihəsinin Konqresdə təsdiq edilməsinə çalışan əksəriyyətdə olan Demokrat partiyasının üzvüdür.

Azlıqda olan Respublikaçılar partiyası hazırkı təkliflərə etiraz edərək, bunun ölkəni borca sürükləyəcəyini bildirirlər. Respublikaçılar planı kənara qoyub yeni plan hazırlamaq istəyirlər.

Demokrat partiyasından bəzi qanunvericilər səhiyyə islahatları haqda qanuna dəstək versələr, noyabr ayında Konqresə ara seçkilərdə yenidən seçilə bilməyəcəklərindən ehtiyat edirlər.

XS
SM
MD
LG