Accessibility links

'Tehran əməkdaşlıq göstərmir'<br />


'Tehran əməkdaşlıq göstərmir'<br />

'Tehran əməkdaşlıq göstərmir'<br />

<!-- IMAGE -->

BMT nüvə agentliyinin rəhbəri deyir ki, o, İranın nüvə proqramının dinc mahiyyət daşıdığını təsdiq edə bilməz, çünki Tehran təhqiqatda əməkdaşlıq göstərmir. Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Yukiya Amano bu açıqlamanı agentliyin İranın nüvə proqramına dair danışıqların başlandığı vaxt verib. Nüvə agentliyinin son hesabatında İranın nüvə silahı əldə etmək üzərində işləməsi ehtimalından narahaqlıq ifadə olunur. Tehran bu iddiaları rədd edir. İran mediasının bu gün verdiyi məlumata görə, İran BMT agentliyinə nüvə yanacağı təchizatı məsələsində qərb ölkələrinə inamının olmadığını izah edən məktub göndərib.

XS
SM
MD
LG