Accessibility links

Tacikistanın parlament seçkilərində prezidentin partiyasının qalib gəldiyi deyilir


Tacikistanın parlament seçkilərində prezidentin partiyasının qalib gəldiyi deyilir

Tacikistanın parlament seçkilərində prezidentin partiyasının qalib gəldiyi deyilir

<!-- IMAGE -->

Tacikistanın seçki rəsmilərinin bildirdiyinə görə, parlamentə seçkilərin ilkin nəticələrinəgörə ölkəyə uzun müddətdir prezidentlik edən İmoməli Raxmonovun partiyasının namizədləri 70 faizdən çox səs toplamışlar. Seçkilərdə iştirak edən beynəlxalq monitorların səsvermənin demokratik standartlara uyğun keçirilmədiyini dedikləri bildirilir.

Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilaıtı - ATƏT-in bildiryinə görə, dünən keçirilən seçkilərdə seçki qutularının saxta blütenlərlə doldurulması da daxil edilməklə, ciddi nöqsanlara yol verilmişdir. Qərb müşahidəçiləri Tajikistanda keçirilən seçkilərin heç vaxt azad və ədalərli keçmədiyini deyirlər.ATƏT müşahidəçilərinin koordinatoru Pia Krismas-Müller son zamanlar baş verən qanunsuzluqların bu Orta Asiya respublikasında demokratik inkişafların zəifləməsinə gətirib çıxardığını deyib.

XS
SM
MD
LG