Accessibility links

Viktor Yanukoviç ilk səfərini Brüsselə etdi


<!-- IMAGE -->

Ukraynanın yeni prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə yaxın əlaqələr yaratmaq işinə sadiq olduğunu deyib.

Cənab Yanukoviç bu gün ənənəni pozaraq, Ukrayna prezidenti kimi ilk dəfə Rusiyaya deyil, Brüsseldə Avropa Birliyinə səfər edib.

Rəsmi danışıqlardan sonra müxbirlərə açıqlamalar verən cənab Yanukoviç deyib ki, o, Avropa Birliyinə üzv ölkələrə Ukraynanın qaz da daxil olmaqla, bütün enerji mənbələri üçün etibarlı tranzit ölkə olaraq qaldığını bildirib.

Bir neçə ildir Rusiya və Ukrayna arasında mübahisələrə görə Avropaya təbii qazın nəql edilməsi dayandırılmışdı.

XS
SM
MD
LG