Accessibility links

Mir Hüseyn Musəvi İranda genişmiqyaslı etiraz aksiyalarına çağırıb


Mir Hüseyn Musəvi İranda genişmiqyaslı etiraz aksiyalarına çağırıb

Mir Hüseyn Musəvi İranda genişmiqyaslı etiraz aksiyalarına çağırıb

<!-- IMAGE -->

Iranın yüksək səviyyəli müxalifət lideri Mir Hüseyn Musəvi keçən həftənin şənbə günü hökumətə münasibətini bir daha nümayiş etdirərək,ölkə boyu genişmiqyaslı etiraz aksiyalarına çağırıb. Bu çağırış dini ruhani lider Ayətulla Əli Xameneinin Musəvi və digər müxalifət liderlərinin rejimdən kənarlaşdırılmalı olduğunu deməsindən bir neçə gün sonraya təsadüf edir.

Musəvinin ali ruhani lider Ayətulla Əli Xameneiyə müxalifətin etiraz yürüşləri keçirməsinə icazə verməsi barədəki müraciəti onun açıq itaətsizliyini nümayiş etdirib. Musəvinin müraciəti Ayətullahın müxalifət liderəri əleyhinə kəskin bəyanatlarının Mütəxəssislər Məclisi tərəfindən də dəstəklənməsindən sonraya təsadüf edir. Iranın ali ruhani lideri müxalifət liderlərinin rejimdən tam olaraq kənarlaşdırılmasına çağırıb ki, bu onların seçkilərdə iştirakının da qarşısını ala bilər.

“Mən və digər müxalifət lideriMehdi Kərrubi düşünürük ki, Yaşıl Hərəkata nümayişlər keçirməsinəimkan verilməli və bizim hərəkatımızın gücü barədə şaiələrə son qoyulmalıdır”- deyə, cənab Musəvi bildirib. Cənab Musəvi deyib ki, fevralın 11-də hökuməti dəstəkləmək məqsədi ilə keçirilən nümayiş təhlükəsizlik qüvvələrinin köməyi ilə təşkil edilib. Cənab Musəvi 1979-cu il inqilabının ildönümü münasibəti ilə hökumətin təşkil etdiyi yürüşləri hakimiyyətdəki son dövrlərində Rıza şah Məhəmməd Pəhləvinin başçılığı iləkeçirilən yürüşlərlə müqayisə edib. O deyib ki, belə yürüşlər şah dövründəki müstəbid metodları və məntiqi xatırladır, onlarla fəxretməyə dəyməz.

Cənab Musəvinin “Kəlameh” veb səhifəsinə müsahibəsi zamanı dediyi bu sözlər hökumətə qarşı güc nümayişidir. Belə ki, İranda hökumət sistematik olaraq müxalifət mətbuatına müdaxilə edir, jurnalistləri məhbəslərə salır və ucalan digər səsləri susdurmağa çalışır.

Cənab Musəvinin ali ruhani liderə qarşı çıxışı onun Facebook veb səhifəsində və müxalifətin digər İnternet səhifələrində çoxlu tərəfdaşlarının dəsdəyiniqazanıb.

Parisdə sürgündə yaşayan İranın sabiq prezidenti Əbülhəsən Bəni Sədr cənab Musəvinin bəyanatının açıq şəkildə onun rejimdənayrıldığını göstərdiyini deyib. Cənab Sədr Musəvinin bəyanatının və bir neçə gün bundan əvvəl Mehdi Kərrubinin referenduma çağırmasının birbaşa ali ruhani lider Əli Xameneiyə məydan oxuma adlandırıb.

Ceyns Müdafiə Təşkilatından təhlilçi Aleks Vatanka fevral ayının 11-i aksiyaları zamanı hökumətinYaşıllar Hərəkatını geriyə oturtduğunu desə də, bu hərəkatın hələ də çox sayda tərəfdaşı olduğunu deyib. Cənab Vatanka artıq çox sayda insanın bu rejimə qarşı olduğunu deyib. O, onlarınmiqdarını əvvəllərlə müqayisə etmək istəmədiyini, lakin onların həmişə mövcud olduğunu bildirib. Vatanka onların hərəkata təkan verəcək hadisə və liderləri çoxdandır gözlədiklərini və keçən ilin iyun ayında bu imkanların yarandığını deyib. Cənab Vatanka fevral ayının 11-i müxalifət nümayişlərinin dağıdılmasından sonraƏyətulla Xamenei və prezident Mahmud Əhmədinejadın hakimiyyəti altındakı hökumətin öz nəzarətinə inamının artdığını və hökumət tərəfdarı nümaişlərdə iştirak edənlərin sayını isə şişirdildlyini bildirib.

XS
SM
MD
LG