Accessibility links

İran televiziyası Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə xidmət edir


İran televiziyası Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə xidmət edir

İran televiziyası Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə xidmət edir

<!-- IMAGE -->

“İranda və Azərbaycanda aksiyalar keçirilməsini dövlətlə bağlamaq lazım deyil. İran və Azərbaycan mədəniyyəti, dili, dini, yaşam tərzləri yaxın olan qonşu dövlətlərdir. Bizim müştərək tariximiz və dövlətçiliyimiz olub. İranla münasibətlərin yaxşı səviyyədə saxlanması Azərbaycanın xarici siyasətinin prioritetlərindən birirdir”. Bu barədə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son ayda İranda və Bakıda bir-birini ittiham edən etiraz aksiyalarınə şərh edərkən bildirib.
Onun fikrincə, İranda da, Azərbaycan ətrafında fəaliyyət göstərən qüvvələr sırasında da elə qüvvələr var ki, iki dövlət arasındakı münasibətlərin normal olmasında maraqlı deyil. “Münasibətləri korlamaq istiqamətində cəhdlər göstərirlər. Azərbaycan belə cəhdlərin qarşısını almaq üçün səy göstərir. Amma təəssüflər olsun ki, bəzən İran tərəfində belə cəhdlərə qarşı yetərincə tədbirlər görülmür. Xüsusən İranın Azərbaycanda yayımlanmaq üçün fəaliyyət göstərən “Səhər” telekanalı və onun ayrı-ayrı verilişləri Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, qonşu dövlətin həyatındakı prosesləri inkar etməyə, proseslərin mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir”, - deyə o qeyd edi

XS
SM
MD
LG