Accessibility links

<!-- IMAGE -->

ABŞ dövlət katibi Hillari Klinton Latın Amerikasına turunun tərkib hissəsi olaraq zəlzələnin məruz qaldığı Çiliyə gedib. Santyaqoya komunikasiya ləvazimatı gətirən xanım Klinton Çili prezidenti Mişel Baçelet və yenicə prezident seçilmiş Sebastyan Pinera ilə görüşəcək. Dünən xanım Klinton Buenos Ayresdə Argentina prezidenti Kristina Fernandez de Kirxnerlə danışıqlar aparıb. Həmin görüşdə Argentina lideri ABŞ dövlət katibindən Britaniya ilə Folklənd Adaları üzərində münaqişədə vasitəçilik etməyi xahiş edib. Hillari Klinton söyləyib ki, ABŞ hər iki dövləti diplomatiya vasitəsilə məsələni həll etməyə çağırır, lakin öz üzərinə əlavə rol götürməyib.

XS
SM
MD
LG