Accessibility links

Çilidə qadağan saatı uzadılıb


Çilidə qadağan saatı uzadılıb
Çilidə qadağan saatı uzadılıb

<!-- IMAGE -->

Çilinin ikinci ən böyük şəhərinin rəsmiləri şənbə günü baş vermiş zəlzələnin ardınca qarət hallarının qarşsını almaq üçün qadağan saatını uzadıblar. Zəlzələyə məruz qalmış Konsepsion şəhərində qanunsuzluq rəsmiləri bazar ertəsindən çərşənbə axşamınadək qadağan saatı tətbiq etməyə məcbur etmişdi. Lakin sakinlərinin əksəriyyətinin su və ərzağa ehtiyacı olduğu şəhərdə qarətlər hələ də davam edirdi. Bir neçə mağaza və bizneslər qarət olunaraq yandırlıb. Konsepsion 8.8 bal gücündə zəlzələnin episentrinə yaxındır. Zəlzələ nəticəsində indiyədək ən azı 720 adam həlak olub və ölkənin böyük hissəsi dağıntılara məruz qalıb. Bu arada özü ilə yardım gətirən ABŞ dövlət katibi Hillari Klinton Santyaqodadır.

XS
SM
MD
LG