Accessibility links

Ceyms Steynberq Pekindədir


Ceyms Steynberq Pekindədir
Ceyms Steynberq Pekindədir

<!-- IMAGE -->

ABŞ dövlət katibinin müavini Ceyms Staynberq Çin rəsmiləri ilə son diplomatik çəkişmələrlə gərginləşən münasibətlərin yaxşılaşdırılması istiqamətində danışıqlar aparmaq üçün bu gün Pekinə gedib. Staynberqin həmçinin Pxenyanın yaxın müttəfiqi olan Çinlə Şimali Koreyanın nüvə proqramını müzakirə edəcəyi gözlənilir. Dövlət Departamentinin sözçüsü P.J. Krouli jurnalistlərə deyib ki, iki dövlət arasında münasibətlər bir qədər gərginləşib. Kroulinin sözlərinə görə, o, hər iki tərəfin ən qısa bir zamanda normal münasibətlərə qayıtmaq istədiyini düşünür. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çin Çanq jurnalistlərə açıqlamasında deyib ki,hazırkı gərginliyə görə Çin yox, ABŞ tərəfi məsuliyyət daşıyır.

XS
SM
MD
LG