Accessibility links

ABŞ Mətbuat İcmalı: İranın nüvə fəaliyyətləri


ABŞ Mətbuat İcmalı: İranın nüvə fəaliyyətləri
ABŞ Mətbuat İcmalı: İranın nüvə fəaliyyətləri

<!-- IMAGE -->

The Washington Post qəzeti yazdığına görə, BMT-nin nüvə agentliyinin rəhbəri deyir ki, o, İranın bütün nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını təsdiq edə bilməz. Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Yukiya Amanonun sözlərinə görə, İran onun agentliyinə məsələni araşdırmaq üçün lazım olan əməkdaşlığı aparmağa şərait yaratmayıb.

The Los Angeles Times isə yazır ki, İran BMT nüvə agentliyinə yönəlik siyasətini dramatik şəkildə dəyişib. Qəzet bunu BMT-nin son hesabatını və agentliyin yeni direktorunu İranın sərt tənqid etməsi ilə sübuta yetirməyə çalışır. Bazar günü İranın ali dini lideri Ayətulla Əli Xameneyi BMT-nin nüvə agentliyini sərt tənqid edib. “Beynəlxalq Atom Enerji Agentliyinin hesabatı bu qurumun müstəqil olmadığını göstərir” deyə Xameneyi Tehranda İran diplomatlarına bildirib. O deyib ki, agentlik Amerika və başqa ölkələrin qarşısında baş əyməməlidir, çünki belə hərəkətlər Nüvə Agentliyinin və BMT-nin reputasiyasına xələl gətirir. Qəzet yazır ki, yapon diplomat Yukiyo Amani misirli Məhəmməd Əl Baradeyinin 12 illik sədrliyindən sonra dekabrda agentliyin rəhbəri olub. Onun rəhbərliyi ilə fevralın 18-də ilk hesabatını açıqlayan agentlik ilk dəfə olaraq İranın nüvə silahı əldə etməyə çalışa bilməsini açıqladı. İranın buna reaksiyası isə xüsusi ilə Amano üzərində cəmləşərək çox sərt oldu. “Amanonun cənab Baradeyi kimi məlumatlı olması üçün vaxt lazımdır. Bu hələ onun ilk hesabatıdır”-deyə İranın xarici işlər naziri Manuçehr Möttəki bildirib.

The Wall Street Journal
-ın “İrana qarşı sanksiyalarda yeni an” başlıqlı yazısında deyilir ki, Yukiya Amano agentliyə sədr olandan bəri Avstriya paytaxtı Vyana keçirdiyi ilk mətbuat konfransında qurumun 18 fevral hesabatını müdafiə edib. Qəzetin məlumatına görə, agentliyin icraçı üzvlərinin toplantısında Təhlükəsizlik Şurasına İrana mümkün sanksiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

ABŞ Mətbuatında İranla bağlı digər mövzulara da yer verilib.

CNN –in internet saytında yazlır ki, İran rəsmiləri medianı idarə edən dövlət qanunlarını pozduğunu bildirərək ölkənin iki əsas müxalifyönümlü islahatçı nəşriyyatını bağlayıb. Hər iki mətbuat orqanının müxalifət lideri Mehdi Kərrubi ilə əlaqəsi var idi. Qəzet yazır ki, həm gündəlik Etimad qəzetinə, və həm də həftəlik İranDoxt jurnalının fəaliyyətinə qadağanı Mərbuata Nəzarət Şurası qoyub. Şura deyib ki, islahatçı sabiq qanunveicilər və Kərrubi tərəfdarı Elias Həzrətinin idarə etdiyi Etimad 6 dəfə mətbuat qanununu pozub və bu gündən etibarən qapadılıb.

The New York Times-ın yazdığına görə isə, bu qapadılmalar İranın ali dini lideri Ayətulla Əli Xəmeneyinin cənab Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin siyasətdən kənarlaşdırılmasını deməsindən sonraya təsadüf edib. Bu arada qəzetin digər məlumatında deyilir ki, Müxalif Caras veb səhifəsi 4 jurnalist və bir univesitet müəllimi 2 ay təcridxanada saxlayandan sonra azadlığa buraxılıblar.

XS
SM
MD
LG