Accessibility links

İraqda intiharçı hücumları otuzdan çox adamın ölümü ilə nəticələnib


İraqda intiharçı hücumları otuzdan çox adamın ölümü ilə nəticələnib

İraqda intiharçı hücumları otuzdan çox adamın ölümü ilə nəticələnib

<!-- IMAGE -->

İraq polisi bildirir ki, Baquba şəhərində 3 intiharçı hücumu nəticəsində azı 31 nəfər həlak olub, 48 nəfər isə yaralanıb. İlk iki partlayış hökumət binalarının və polis mətəqəsinin yaxınlığında baş verib. Üçüncü hücumda isə birinci və ikinci hadisələrin qurbanlarını təçili maşınlar xəstəxanaya aparan vaxt intiharçı özünü partlatdıb. Baquba paytaxt Bağdadın təxminən 60 kilometrliyində yerləşir və Diyala vilayətinin inzibatı mərkəzidir. Bu hadisə parlament seçkilərine bir neçə gün qalmış baş verib. Bu seçkilər 2003-cü ildə Birləşmiş Ştatların başçılığı altında diktator Səddam Hüseyn rejimi devrildikdən sonra ölkədə keçirilən ikinci parlamanet seçkiləridir.

XS
SM
MD
LG