Accessibility links

Apellyasiya məhkəməsi iranlı tələbəyə ölüm hökmünü qüvvədə saxladı


Apellyasiya məhkəməsi iranlı tələbəyə ölüm hökmünü qüvvədə saxladı

Apellyasiya məhkəməsi iranlı tələbəyə ölüm hökmünü qüvvədə saxladı

<!-- IMAGE -->

İranın müxalifətçi veb səhifəsinin məlumatına görə, Apellyasiya Məhkəməsi dekabr ayında hökumət əleyhinə keçirilən nümayişlər zamanı həbs edilmiş tələbə fəala verilən ölüm hökmünü qüvvədə saxlayıb. Jurnalistlər bildirir ki, 20 yaşlı Məhəmməd Əmin Valyan Aşura günü baş qaldırmış iğtişaşlarda iştirakına görə Allaha qarşı müharibə başlatmaqda günahkar bilinib. Məlumata görə, o, həmçinin müxalifət lideri Mir Hüseyn Musəvinin seçki kampaniyasında da iştirak edibmiş. Musəvinin seçkilərdə prezident Mahmud Əhmədinejada məğlub olmasından sonra səsvermənin saxtalaşdırılması iddiaları kütləvi etiraz aksiyalarına yol açmışdı.

XS
SM
MD
LG