Accessibility links

Pakistanın Mohmand regionunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında qarşıdurma olub


Pakistanın Mohmand regionunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında qarşıdurma olub
Pakistanın Mohmand regionunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında qarşıdurma olub

<!-- IMAGE -->

Pakistan rəsmilərinin bildirdiyinə görə, bu gün Əfqanıstanla sərhəd yaxınlığındakı Mohmand regionunda təhlükəsizlik qüvvələri tərəfindən 30-a yaxın yaraqlı öldürülüb. Rəsmilər qarşıdurmanın yaraqlıların regiondakı yoxlanış məntəqəsinə hücumundan sonra başladığını, bir əsgərin öldüyünü 4-nün yaralandığını bildirmişlər.

Mohmand bu yaxınlarda Pakistan ordusunun Taliban və Əl-Qaidə yaraqlılarına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirdikləri qəbilələrin yaşadığı Bacaur regionu ilə qonşuluqdadır. Birləşmiş Ştatlar Əfqanıstanla sərhəd bölgələrində yaraqlılarla mübarizədə Pakistan hökumətinə dəstək verir.

Pakistandan alınan digər xəbərdə isə bildirilir ki, Pəncab vilayətində silahlı şəxslər britaniyalı bir ailənin evinə girərək, evdəki əşyaları oğurlamış və 5 yaşlı uşağı girov götürmüşlər.

XS
SM
MD
LG