Accessibility links

Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsi soyqırıma dair qətnaməni qəbul etdi


Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsi soyqırıma dair qətnaməni qəbul etdi

Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsi soyqırıma dair qətnaməni qəbul etdi

<!-- IMAGE -->

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsi ermənilərin iddia etdiyi soyqırma dair qətnaməni 23 lehinə, 22 əleyhinə səslə təsdiq edib. Öhdəliksiz qətnamə Komitədə təsdiq edildikdən sonra Nümayəndələr Palatasında nəzərdən keçirilib səsəsə qoyula bilər. Komitədəki səsvermənin nəticəsi müəyyən olandan dərhal sonra Türkiyə ABŞ-dakı səfiri Namıq Tanı məsləhətləşmək üçün geri çağırıb və qətnaməni məhkum edib.

Bundan öncə Ağ Ev bildirib ki, Birinci Dünya müharibəsi dövrü ermənilərin Osmanlı imperiyası zaman qətllərinin Konqresdə soyqırım kimi tanınması Ermənistan və Türkiyə arasında münasibətlərə zərər vura bilər.

Ağ Evin sözçüsü Mayk Hammer deyib ki, Dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin sədri Hovard Bermana zəng edərək, Konqresin addımının Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması prosesini saxlaya biləcəyini deyib.

Türkiyə xəbərdarlıq edib ki, qətnamə Nümayəndələr Palatasında qəbul edilsə,bu, Birləşmiş Ştatlarlar münasibətlərə pis təsir göstərə bilər.

Ağ Ev bildirir ki, prezident Barak Obama dünən Türkiyə prezidenti Abdulla Güllə telefon söhbəti aparıb və Türkiyənin Ermənistanla münasibətləri yaxşılaşdırmaq səylərinə yüksək qiymət verib. Cənab Obama iki ölkə arasında keçən imzalanmış protokolların ratifikasiyasına çağırıb.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu çərşənbə günü Qahirədə olarkən deyib ki, Nümayəndələr Palatası qətnaməni komitə səviyyəsində qəbul etsə, Obama administrasiyası onun Konqresdə səverməyə çıxarılmayacağını təmin etməlidir. O bildirib ki, qətllərin soyqırım kimi tanınması təkcə ABŞ-Türkiyə münasibətləri deyil, Türkyə və Ermənistan arasında da münasibətlərə zərər vuracaq. Onun sözlərinə görə, Ermənistanla münasibətlər güclü əməkdaşlıq və on illərlə sürən düşmənçiliyə son qoymaq istəyilə özünün ən yaxşı mərhələsinə qədəm qoyub .

XS
SM
MD
LG