Accessibility links

Türkiyə ABŞ-a xəbərdarlıq etdi


Türkiyə ABŞ-a xəbərdarlıq etdi
Türkiyə ABŞ-a xəbərdarlıq etdi
<!-- IMAGE -->

Komitə qətnaməni 23-22 səs nisbətində qəbul etdi, hərçənd ki, Obama administrasiyası Konqresi Türkiyəni qəzəbləndirməməyə çağırmışdı. Qətnamə indi Nümayəndələr Palatasında tam səsverməyə göndəriləcək ki, burada onun taleyi qeyri-müəyyən qalır.

NATO müttəfiqi Türkiyə ABŞ-ın Yaxın Şərq və Əfqanıstandakı səylərində mühüm rol oynayır və bu qətnamə həmin əməkdaşlığa zərbə endirə bilər. Erməni-Amerikalı qruplar onillərlə Konqresin 1915-ci ildə baş verən “Erməni Təhcirini” soyqırım kimi tanımasına çalışıb.

ABŞ dövlət katibi Hillari Klinton dünən komitədəki səsvermədən sonra müxbirlərə deyib ki, qətnamənin komitədə təstiqi Türkiyə- Ermənistan yaxınlaşması prosesinə zərər verə bilər: “Prezident Obama və mən həm keçən il və həm də bu il açıq aydın bildirmişik ki, biz Konqesin bu məsələdə hansısa bir addım atmasının yerində olduğuna inanmırıq və belə bir addımın əleyhinəyik”.

Komitədə ki, səsvermədən qısa bir müddət sonra Ağ Evin Mətbuat Katibi Robert Gibs administrasiya Türkiyə və Ermənistan arasında kompramis uğrunda iki ölkə ilə əməkdaşlığa üstünlük verərdi.

Hillari Klinton dünən də səsvermədən bir neçə saat öncə Xarici Əlaqələr Komitəsinin rəhbəri Hovard Bermanla danışaraq Konqresin atacağı addımların Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına əngəl törədə biləcəyi haqda narahatlığını izhar etmişdi. Bununla belə Berman komitə üzvlərini qətnaməni qəbul etməyə səslədi.

HOVARD BERMAN
Türkiyənin erməni soyqırımına arxa çevirməsinə heç nə bəraət qazandırmır. Təəssüfləndirici haldır ki, bu mövzuda fikirlərini bildirən Nobel mükafatı laureatı Orhan Pamuk vətənindən didərgin salındı.

Konqres üzvü Gəri Akerman da oxşar sentimentlər səsləndirərək erməni gensodinin inkar edilməsini Holokostun inkarına bənzətdi

Mən uzun müddət o adamlar haqda fikirləşmişəm ki, onlar hələ də nasistlərin Holokostu törətməsini danırlar. Bir çoxları deyir ki, əgər bu növ ifadələrin qarşısı alınmasa onda belə hadisə yenidən baş verə bilər. Məni narahat edən də budur.

Qətnamənin əsas sponsorlarından olan Kaliforniyalı konqresmen Brəd Şerman erməni genosidinin başqa Fransa, Belçika kimi Qərb dövlətləri tərəfindən tanındığını , lakin bundan sonra onlarla Türkiyə arasındakı münasibətlərədə iqtisadi əməkdaşlığın daha da artdığını bildirdi. O, habelə ABŞ-ın Türkiyəyə son əsr ərzində bir çox məsələlərdə əl tutduğunu vurğuladı.

Türkiyə etiraf etməlidir ki, biz onlara 23 milyard dollar həcmində yardım etmişik. Biz onları kommunizmdən xilas etdik. Biz onlara neft gətirən boru kəmrələrinin çəkilişinə yardım etdik. Biz şimali İraqda müstəqil kürd dövlətinin formalaşmasının qarşsını aldıq. Və biz Türkiyənin Avropaya daxil olmasının ən güclü tərəfdarıyıq. Bütün bunlarla bərabər onlar bizdən qorxaq kimi davranmağı və həqiqəti danmağı xahiş etməməlidirlər.

Bəzi Konqres üzvləri isə qətnamənin lüzumsuz yerə Türkiyə ilə münasbətləri zədələcəyini söylədilər.

Bu ABŞ-la Türkiyə arasında anlaşmaya yardım etməyəcək. Biz sonuncu dəfə bunu edəndə Türk səfiri bir müddətə vətəninə getdi. İndi biz bunu qəbul etsək, bu Türkiyə ilə münasibətlərimizə xələl gətirəcək.

Respublikaçı konqresmen Ron Pol Amerikanın başqa millətlər arasındakı ədavətə tərəf olmasının əleyhinə çıxaraq bu məsələlərin həmin xalqlar və dövlətlərə həvalə edilməsini tövsiyə etdi.

Zənnimcə bizim öz milli maraqlrımızdan çıxış edərək başqa dövlətlərin arsındakı ixtilaflara qatılmamağımız bizim öz marağlarımıza daha yaxşı xidmət edərdi.

Xarici Əlaqələr Komitəsində səsvermənin ardınca Türkiyədən gəlmiş bir qrup millət vəkili Türkiyənin Vaşinqtondakı səfirliyində mətbuat konfransı keçirərək soyqırım qətnaməsini müzakirə etdi. Hakim Ədalət və İnkişaf partiyasının təmsilçisi Murat Mercan bu qətnamə tərəfdarlarının Ankara Vaşinqton münasibətlərinə ziyan vurmaq məramında olduqlarını vurğuladı.

Türkiyə parlametnində Türk-Amerika Dostluq Qrupunun başçısı Suat Kınıklıoğlu qətnamənin yalnız bir səs fərqi ilə keçməsinin erməni diasporası üçün bahalı qələbə olduğuna dəlalət etdiyini söylədi və ümidini izhar etdi ki, iki ölkə arasındakı abphavanı korlayan bu durum uzun sürməyəcək.

Konqres komitəsinin qərarından bir gün sonra, martın 5-də mətbuat konfransında xarici işlər naziri Əhməd Davudoğlu dedi ki, ABŞ administrasiyası qətnamənin qarşısını almaq üçün kifayət qədər səy göstərməyib. O, gözlədiyini bildirdi ki, administrasiya qətnamənin Nümayəndələr Palatasında səsverməyə çıxması prosesini dayandıracaq. Eyni zamanda nazir söylədi ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq əzmindədir, hərçənd ki, Ankara bu məsələdə xaricdən təzyiqlərə qarşı çıxır. Ermənistan isə qətnamənin qəbulunu alqışlayıb. Xarici işlər naziri Eduard Nalbandyan deyib ki, bu, Amerikanın univesal insani dəyərlərə sədaqətini və bəşəriyyətə qarşı cinayətlərin baş verməsinin qarşısını almağa yönəlmiş mühüm addımı əks etdirir.

Cümə günü İstanbul küçələrində səsverməyə reaksiya mənfi oldub və mövzu əksər qəzetlərin baş səhifəsində yer alıb. “Biz Türkük, və biz bunu qəbul etməyəcəyik,” deyə Aysel Akgül bildirir. Ali Yıldız isə qərar baxmayaraq Türkiyə hökumətinin kartları düzgün oynadığı qənaətindədir.

Konqres komətisəndə qətnamənin qəbulu ABŞ-ın İrana qarşı BMT Təhlükəsizlik Şurasında yeni sanksiyalar tətbiq etməsi səyləri vaxtına təsadüf edir. Bu il Türkiyə Təhlükəsizlik Şurasında yer alıb. Obama administrasiyası qətnamə ilə bağlı son anlara qədər sükut saxladı. Komitənin səsverməsi seçki kampaniyası dönəmində ermənilərin qətliyamını genosid kimi tanıyacağını vəd etməiş Barak Obamanı çətin duruma salır. Nümayndələr palatasının xarici əlaqələr komitəsi 2007-ci ildə oxşar qətnamə qəbul etmişdi, lakin prezident Corc W Buşun intensiv təzyiqləri altında qətnamə layihəsi Konqresdə səsverməyə çıxarılmadı.

XS
SM
MD
LG