Accessibility links

Qüdsdə müsəlman dindarlarla İsrail polisi arasında toqquşma olub


Qüdsdə müsəlman dindarlarla İsrail polisi arasında toqquşma olub

Qüdsdə müsəlman dindarlarla İsrail polisi arasında toqquşma olub

<!-- IMAGE -->

Bu gün Qüdsün müqəddəs hissəsində müsəlman ibadətçilərlə İsrail polisi arasında toqquşma baş verib. İsrail polisinin dediyinə görə, Əl-Aqsa məscidində keçirilən cümə namazından sonra müsəlmanlar müqəddəs Qərb Divarı yanına toplaşan yəhudiləri daşa basandan sonra İsrail tərəf kütləni dağıtmaq üçün sakitləşdirici qumbaralardan istifadə etmişdir. İnsident zamanı azı 15 nəfərin yaralandığı deyilir.

İsrailin baş naziri Benyamin Netanyahu fevral ayında demişdi ki, Patriarxın Hebrondakı Mağarası və Betlehemdəki Rəhilə Məqbərəsi də daxil edilməklə, İsrailə məxsus bütün sahələrdə bərpa işləri aparılacaq.

XS
SM
MD
LG