Accessibility links

Belçikada 8 kürd terror şübhəlisinə qarşı ittiham irəli sürülüb


Belçikada 8 kürd terror şübhəlisinə qarşı ittiham irəli sürülüb

Belçikada 8 kürd terror şübhəlisinə qarşı ittiham irəli sürülüb

<!-- IMAGE -->

Belçika polisi ölkə miqyasındaPKK-ya qarşı aparılan genişmiqyaslı anti-terror əməliyyatları zamanı həbs edilən 8 nəfərə qarşı itiham oxunduğunu deyir. Rəsmilər ittiham oxunan terror şübhəlilərinin adlarını açıqlamamışlar. Türkiyə rəsmiləri həbs edilənlər arasındaPKK-nınliderlərləri olduqlarına inanılan ikinəfərin bu ölkəyə təhvil verilməsinitələb ediblər.

Dünən Belçika polisinin, ölkə boyu kürdlərin Brüsseldəki beynəlxalq Roj telekanalı da daxil iyirmi yerə reydlərizamanı12 nəfərinhəbs edildiyi bildirilmişdi.Belçika Federal Prokuroru ofisinin bildirdiyinə görə, həbs edilənlərQərbi Avropadan milliyətcə kürd olan cavanları PKK sıralarına cəlb edib, onları təlimdən keçirməproqramının iştirakçılarıdır. Belçika rəsmilərinindediklərinə görə, terror şübhəlilərinin planındahəmingənclərin daha sonraTürkiyə və İranda PKKmilitantlarınaqoşulması nəzərdə tutulurdu.

XS
SM
MD
LG