Accessibility links

Qordon Braun gözlənilmədən Əfqanıstana gedib


Qordon Braun gözlənilmədən Əfqanıstana gedib
Qordon Braun gözlənilmədən Əfqanıstana gedib

<!-- IMAGE -->

Böyük Britaniyanın baş naziri Qordon Braun Əfqanıstana gözlənilməz səfər edib. Ölkəyə bu gün çatan cənab Braun Helmənd vilayətində Britaniyanın hərbi düşərgəsində çıxış edib. O, keçən ay Talibanın sığınacağı olan Marcaha hücumdakı rollarına görə əsgərlərə təşəkkürünü bildirib. O, əlavə ləvazimat və mənbələrin gətiriləcəyini söz verib. Dünən Londonda cənab Braun ölkəsinin İraqa müdaxilə qərarını dəstəkləyib. İraqa müdaxilə vaxtı ölkənin maliyyə naziri olan cənab Braun o zaman müdafiə xərcləri barədə qərar vermişdi. Əfqanıstanda baş nazir bu ölkəyə səfərinin məqsədinin diqqəti İraq sorğu-suallarında yayındırmaq olduğunu deyən mühafizəkarların iddialarını rədd edib.

XS
SM
MD
LG