Accessibility links

Pakistanda Taliban komandirlərinin öldürüldüyü ehtimal olunur


Pakistanda Taliban komandirlərinin öldürüldüyü ehtimal olunur

Pakistanda Taliban komandirlərinin öldürüldüyü ehtimal olunur

<!-- IMAGE -->

Pakistan bildirir ki, hava hücumu nəticəsində Talibanın 3 yüksək səviyyələri komandirinin öldürüldüyü ehtimal edilir. Daxili işlər naziri Rəhman Malik bu gün təsdiq edib ki, Taliban komandiri Fateh Məhəmməd dünən Pakistanın hərbi vertolyotları Mohmand ucqar regionunda Talibanın istehkamını atəşə tutan zaman öldürülən 25 yaraqlı arasında olub. Talibanın liderləri Maulvi Faqir Məhəmməd və komandir Qari Ziaur Rəhmanın da öldürüldüyünü ehtimal edən nazirin sözlərinə görə, onların oradan sağ çıxması təəccübləndirici olardı. Maulvi Faqir Məhəmməd Tehrike-Taliban qruplaşmasının başçısının müavini və qrupun Bacaur regionunda lideridir. Onun həmşinin Əl-Qaidədə ikinci fiqur olan Ayman Əl-Zəvahiri ilə yaxın əlaqələri var.

XS
SM
MD
LG