Accessibility links

Çin ABŞ-la münasibətlərin nizama salınmasına çağırır


Çin ABŞ-la münasibətlərin nizama salınmasına çağırır
Çin ABŞ-la münasibətlərin nizama salınmasına çağırır

<!-- IMAGE -->

Çinin yüksək rütbəli diplomatı bildirib ki, Çin və ABŞ aralarındakı gərginlikləri arxada qoyaraq münasibətləri nizama salmalıdırlar. Parlamentin illik sessiyasında çıxış edən xarici işlər naziri Yanq Cieçi ölkəsinin ABŞ-ın Tayvana silah satışına və prezident Barak Obamanın ötən ay Tibetin ruhani lideri Dalay Lama ilə görüşünə qarşı çıxdığını təkrarlayıb. Yanq deyib ki, bu insidentlər ikitərəfli münasibətlərə ciddi xələl gətirib. Çinli diplomat vurğualyıb ki, münasibətlərin gərginləşməsi üçün məsuliyyəti Pekin daşımır. Yanq deyib ki, ABŞ Çinin Tayvan və Tibetdəki fundamental maraqlarına hörmət etməlidir. O, inandığını əlavə edib ki, Vaşinqton Çinin narahatlıqlarını anlayır.

XS
SM
MD
LG