Accessibility links

<!-- IMAGE -->

İran dövlət mediasının məlumatına görə, İran çəkisi 3 min tondan yuxarı olan döyüş gəmilərini dağıtmaq qabiliyyətinə malik yeni qısa-məsafəli raketin istehsalına başlayıb. Dövlət radiosu və televiziyası deyir ki, müdafiə naziri Əhməd Vahidi bu gün Tehranda “Nəsr 1” adlı raketin qurudan və ya gəmidən atıla bildiyini bəyan edib. İRNA xəbər agentliyinin Vahidiyə istinadən bildirdiyinə görə, İran vertolyot və yeraltı gəmilərdən atıla bilən yeni növ raket də istehsal edəcək. Tehranın fəza və hərbi proqramları Qərb ölkələrini narahat edir. Onlar bildirirlər ki, belə texnologiyalar nüvə başlıqlarının buraxılması üçün də istifadə oluna bilər.

XS
SM
MD
LG