Accessibility links

Şimali Koreyadan yeni xəbərdarlıq


Şimali Koreyadan yeni xəbərdarlıq
Şimali Koreyadan yeni xəbərdarlıq

<!-- IMAGE -->

Şimali Koreya bu gün xəbərdarlıq edib ki, sabah başalayacaq ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavab olaraq Pxenyan nüvə arsenalını təkmilləşdirəcək. Şimalın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin hərbi rəsmiyə istinadən bildirdiyinə görə, hərbi manevrlər Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesini çıxılmaz vəziyyətə sala bilər. Şimali Koreya bildirir ki, ölkə daha 1950-53-cü illərdə Koreya müharibəsinə son qoyan hərbi əməliyyatların dayandırılması sazişinə əməl etməyəcək. Bu xəbərdarlıqlar Pxenyanın nüvə silahları proqramına dair diplomatik səylər davam edən vaxta təsadüf edir. Ölkə danışıqlardan boyun qaçırır və o, keçən il ikinci atom testini keçirərək BMT-nin daha sərt sanksiyalarına zəmin yaradıb.

XS
SM
MD
LG