Accessibility links

ABŞ səhiyyə rəsmisi islahatlar haqda qanunun qəbuluna çağırır


ABŞ səhiyyə rəsmisi islahatlar haqda qanunun qəbuluna çağırır
ABŞ səhiyyə rəsmisi islahatlar haqda qanunun qəbuluna çağırır

<!-- IMAGE -->

ABŞ Səhiyyə və Humanitar Xidmətlər naziri Katlin Sebelius ABŞ Konqresinin səhiyyə islahatları barədə qanunu qəbul etmək üçün kifayət qədər dəstək olduğuna inandığını söyləyir. ABC və NBC telekanallarına müsahibədə yüksək rütbəli ABŞ rəsmisi qanunvericiləri işi sona yetirməyə çağırıb. Sebelius deyib ki, hətta Nümayəndələr Palatası qanunun martın 18-dək qəbul etməsə belə Obama administrasiyası səhiyyə islahatları uğrunda mübarizəsini davam etdirəcək. Senatda Respublikaçı azlığın lideri Mitç Makkonell səhiyyə islahatları barədə qanun layihəsini Amerika xalqının arzulamadığı səhv adlandırıb. O, bu ölçünün ABŞ milli borclarına növbəti 10 il ərzində 10 trilyon dollar əlavə edəcəyini vurğulayıb.

XS
SM
MD
LG