Accessibility links

Nigeriyada naməlum silahlılar 120 nəfər kənd sakinini qətlə yetirib


Nigeriyada naməlum silahlılar 120 nəfər kənd sakinini qətlə yetirib

Nigeriyada naməlum silahlılar 120 nəfər kənd sakinini qətlə yetirib

<!-- IMAGE -->

Şahidlərin sözlərinə görə, Nigeriyanın zorakı Cos şəhəri yaxınlığında döyüşlər zamanı 120-dən çox insan həlak olub. Cos şəhərindən cənubdakı Doqo Navaha kəndinin sakinləri deyir ki, naməlum hücumçular bu gün kənddə reyd keçiriblər. Onlar deyir ki, reyd keçirənlər atəş açaraq insanların evdən cıxmasını tələb edib və daha sonra isə onlar biçaq və maşetlərlə qətlə yetiriblər. Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, açıq havada qeydə alınan cəsədlərin təxmini sayı ən azı 100-dür. Onlar deyir ki, öldürülənlərin çoxu qadın və uşaqlardır. Hücumun motivi qeyri-müəyyən olaraq qalır. Ancaq bəzi məlumatlar hadisəni dini zorakılıq akti kimi təsvir edib. Cos son 10 ildə 4 dəfə müsəlman-xristian toqquşmalarına səhnə olub. Yanvar ayında baş vermiş son toqquşmalar zamanı 325 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG