Accessibility links

Fələstinlilər İsraillə vasitəli sülh danışıqlarına razılıq verib


Fələstinlilər İsraillə vasitəli sülh danışıqlarına razılıq verib

Fələstinlilər İsraillə vasitəli sülh danışıqlarına razılıq verib

<!-- IMAGE -->

Fələstin rəhbərliyi sülh prosesində bir illik fasilədən sonra İsraillə ABŞ-ın vasitəçiliyi ilə danışıqların başlamasına razılıq verib. Fələstin Azadlıq Təşkilatı qərarı bu gün açıqlayıb. Bu gün həmçinin ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçel İsrail baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün Qüdsə gedib. Təşkilatın sözçüsü Yasser Abed Rabbo deyir ki, vasitəli danışıqlar İsrail və gələcək Fələstin dövləti arasında sərhədlərin müəyyənləşdirilməsinə diqqəti yönəldəcək. Cənab Netanyahu danışıqları müsbət qarşılayıb ancaq deyib ki, daha çox birbaşa danışıqlara üstünlük verir. Qeyd edək ki, Fələstin sülh danışıqlarını 2008-ci ilin dekabrında İsrailin Qəzza zolağında Həmas yaraqlılarına qarşı hərbi hücuma keçməsindən sonra dayandırmışdı.

XS
SM
MD
LG