Accessibility links

Hollivudda Oskar mükafatlarıının təqdimatı mərasimi keçirildi


Hollivudda Oskar mükafatlarıının təqdimatı mərasimi keçirildi
Hollivudda Oskar mükafatlarıının təqdimatı mərasimi keçirildi

<!-- IMAGE -->


"Ağrılı Qıfıl" bazar günü film sənayesinin Hollivudda keçirilən Akademiya Mükafatları mərasiminin böyük qalibi olub.

İraq müharibəsinə həsr olunmuş film altı Oskar mükafatı, o cümlədən, ən yaxşı kino-film kateqoriyasında mükafatını aldı.

Katrin Biqelou "Ağrılı Qıfıl" filminə görə ən yaxşı rejissor mükafatını aldı. O, Oskarlar tarixində Hollivudun ən yüksək prizini qazanan ilk qadın rejissordur. "Ağrılı Qıfıl" həmçinin ən yaxşı ssenari,montaj, səs operatorluğu və səs qarışdırması kateqoriyalarında da mükafatlar aldı.

Veteran aktyor Ceff Bricis "Dəli Ürək" filmində kantri müğənnisi roluna görə ən yaxşı aktyor mükafatına layiq bilindi.

Sandra Bullok isə "Görünməz Tərəf" filmindəki ana roluna görə ən yaxşı aktrisa mükafatını qazandı.

Kristof Valtz "Inglorious Basterds" filmində nasist zabiti roluna görə ən yaxşı kişi tərəf müqabili, aktrisa Mo’Nik isə "Qiymətli" filmindəki qəddar ana roluna görə ən yaxşı qadın tərəf müqabili mükafatını qazandı.

XS
SM
MD
LG