Accessibility links

Türkiyədə şiddətli  zəlzələ baş verib


Türkiyədə şiddətli  zəlzələ baş verib
Türkiyədə şiddətli  zəlzələ baş verib

<!-- IMAGE -->

Türkiyənin şərqində qüdrətli zəlzələ ən azı 51 adamın ölümünə səbəb olub. 6 bal gücündə zəlzələ səhər erkən Elazığ vilayətində baş verib. Titrəyiş kəndlərdə daş və palçıqdan tikilmiş evləri uçurmuş, məscidlərdəki minarələri yıxmışdır. 70-dən çox adam bədən xəsarətləri almış və yerli xəstəxanalarda müalicə olunurlar. Yardım işçiləri vilayət sakinlərinə ərzaq paylamış və xilasedici komandalar dağıntılar altında qalmış insanları xilas etməyə çalışırlar. Səhər 4:32-də baş verən zəlzələnin episentrinin Karakocan qəsəbəsi olduğu güman edilir. Zəlzələ sonrası baş verən titrəyişlər qonşu Diyarbəkir, Tunceli və Bingöl vilayətlərində qeydə alınıb.

XS
SM
MD
LG