Accessibility links

Pakistanda intiharçı hücumu baş verib


Pakistanda intiharçı hücumu baş verib
Pakistanda intiharçı hücumu baş verib

<!-- IMAGE -->

Pakistan polisi bildirir ki, intiharçının ölkənin şərqindəki Lahor şəhərində maşına yerləşdirilmiş bomba hücumu nəticəsində azı 12 nəfər həlak olub və azı 65 nəfər yaralanıb. Xəstəxana rəsmiləri deyirlər ki, həlak olanlar arasında qadın və uşaq da var. Polis bildirir ki, hadisə bu gün səhər nəqliyyatın ən qızğın vaxtında Federal Təhqiqat Agentliyinin yaxınlığında baş verib. Pakistan rəsmiləri bildirirlər ki, hücum yaxınlıqdakı bir neçə binaya zədə vurub. Pakistanın taliban yaraqlı qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb. Pakistandakı ABŞ səfirliyi açıqladığı bəyanatda hücumu pisləyib.

XS
SM
MD
LG