Accessibility links

Azərbaycanda qadınlara qarşı məişət zorakılığı var


Azərbaycanda qadınlara qarşı məişət zorakılığı var

Azərbaycanda qadınlara qarşı məişət zorakılığı var

<!-- IMAGE -->

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, ölkədə qadınlara qarşı zorakılıq halları qalmaqdadır. Onun fikrincə, bu əsasən məişət zorakılığıdır. Kişilər ailədə üstünlüyü təmin etmək üçün hətta qadınlara qarşı fiziki zorakılıqdan belə çəkinmir.
Ekspert cinsi zorakılıq hallarına da rast gəlindiyini deyib. Xanım Yusifova insan alveri sahəsində də Azərbaycanın böyük problemlərlə üz üzə qaldığını söyləyib: “Azərbaycan ipək yolunun üzərində yerləşir. Bu səbəbdən də ölkə həm tranzit, həm istifadəçi, həm də mənbə ölkə kimi beynəlxalq hesabatlara daxil edilib”.
Xanım Yusifova qanunvericilikdə kişi və qadın bərabərliyinin tam təmin edildiyini bildirib. “Ancaq real həyatda bu təmin edilməyib. Qadınların vəzifələrdə irəli çəkilməsində problemlər qalır. İş yerlərində cavan qadınlara daha çox üstünlük verilir. Dövlət və hökumət səviyyəsində də qadınların vəzifələrə təyin edilməsində problemlər qalır”, - deyə o qeyd edib

XS
SM
MD
LG