Accessibility links

İraqda seçkilərdə əhalinin 62 faizi səs verib


İraqda seçkilərdə əhalinin 62 faizi səs verib

İraqda seçkilərdə əhalinin 62 faizi səs verib

Iraqın mərkəzi seçki komissiyası bildirir ki, 2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra ölkədə ikinci dəfə keçirilən seçkilərdə seçicilərin 62 faizi iştirak edib.

Bazar günü iraqlılar Bağdadda və başqa yerlərdə 38 adamın ölümülə nəticələnmiş bomba hücumları baş verdiyi bir şəraitdə səsvermədə iştirak ediblər. Seçki rəsmiləri bildirir ki, seçici fəallığı keçən il yerli seçkilərdə olduğundan daha artıq olsa da, 2005-ci ildə parlament seçkilərdə daha çox adam səs vermişdir.

Səsvermədə daha çox sünni müsəlmanların iştirak etdiyi qeyd edilir. Bir zamanlar Səddam Hüseynin hakimiyyəti dövrü hakim elita olan sünnilər beş il bundan əvvəl ölkədə uzun müddət əzilən şiə müsəlmanların yüksəlməsinə etiraz olaraq seçkini boykot etmişdilər.

Hazırda İraqda səslərin hesablanması davam edir və rəsmilər şikayətləri nəzərdən keçirir. 325 yerlik parlamentə seçkilərin ilkin nəticələri bir neçə gün bundn sonra açıqlanmalıdır.


XS
SM
MD
LG