Accessibility links

Co Bayden Yaxın Şərq sülh danışıqlarının bərpasını alqışlayır


Co Bayden Yaxın Şərq sülh danışıqlarının bərpasını alqışlayır

Co Bayden Yaxın Şərq sülh danışıqlarının bərpasını alqışlayır

<!-- IMAGE -->

ABŞ vitse prezidenti Co Bayden deyir ki, İsraillə fələstinlilər arasında vasitəli sülh danışıqlarına başlamaq haqda razılıq sülh prosesində imkan anıdır. Bayden İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra bu bəyanatı açıqlayıb. Həmin görüşdə cənab Bayden İsrail liderini əmin edib ki, ABŞ İsrailin təhlükəsizliyinə tam təminat verir. Cənab Bayden Barak Obama bir il öncə hakimiyyətə gələndən bəri İsrail və Qərb Sahilinə səfər edən ən yüksək rütbəli ABŞ rəsmisidir. Vitse prezident sabah Fələstin İdarəsinin prezidenti Mahmud Abbasla Ramallahda görüşəcək. ABŞ rəsmiləri dünən xəbər verdilər ki, 14 aylıq fasilədən sonra hər iki tərəf Amerikanın vasitəçiliyi ilə danışıqları bərpa etməyə razılıq veriblər.

XS
SM
MD
LG