Accessibility links

İstanbuldakı Ukrayna konsulluğunda insident baş verib


İstanbuldakı Ukrayna konsulluğunda insident baş verib
İstanbuldakı Ukrayna konsulluğunda insident baş verib

Türkiyə rəsmilərinin bildirdiyinə görə, bu gün İstanbuldakı Ukrayna konsulluğuna zorla girməyə cəhd göstərən silahlı bir şəxs təhlükəsizlik işçisi tərəfindən güllə ilə vurularaq, yaralanmışdır. Rəsmilər gözətçinin həmin şəxsə konsulluğa gələrək, üzərində bomba olduğunu deməsindən sonra atəş açdığını deyirlər. Yaralanan şəxsin dərhal xəstəxanaya çatdırıldığı və vəziyyətinin sabit olduğu bildrilir.

İstanbul gubernatoru Müəmmər Gülər Ukrayna konsulluğuna hücumun nə siyasi, nə də terror motivli olmadığını, hücum edən 29 yaşlı silhalı şəxsin Ukraynada həyat yoldaşı ilə problemi olduğunu və zorakılığın məişət zəminində baş verdiyini deyib.


XS
SM
MD
LG