Accessibility links

ABŞ prezidenti Yunanıstanın baş nazirini Ağ Evdə qəbul edir


ABŞ prezidenti Yunanıstanın baş nazirini Ağ Evdə qəbul edir

ABŞ prezidenti Yunanıstanın baş nazirini Ağ Evdə qəbul edir

<!-- IMAGE -->

ABŞ prezidenti Barak Obama bu gün Yunananıstanın Baş naziri Corc Papadreunu Ağ Evdə qəbul edəcək. Danışıqların diqqət mərkəində Əfqanıstanda vəziyyət və maliyyə islahatları məsələlərinin olacağı gözlənilir.

Ağ Evdən bildirilir ki, liderlər iqtisadi islahatların həyata keçirilməsi və bərpa, habelə Əfqanıstan və silahların yayılmaması məsələlərində bölüşdükləri mövqeyi müzakirə edəcəklər.

Yunanıstanın baş naziri ölkəsini Avropada iqtisadi bərpa prosesinin sabitliyinə təhlükə təşkil edən maliyyə böhranından çıxarmaq üçün səylərinə maliyyə köməyi də daxil olmaqla, dəstək qazanmağa çalışır.

Cənab Papandreunun cənab Obamadan milyardlarla dollar dəyərində hökumət istiqrazları alaraq faizləri qaldıran investorların qarşısını almaq üçün 20-lər qrupu ilə işləməsini istəyəcəyi gözlənilir.


XS
SM
MD
LG