Accessibility links

ABŞ və Rusiya strateji silahların azaldılmasına dair danışıqların yeni raunduna başlayıb


ABŞ və Rusiya strateji silahların azaldılmasına dair danışıqların yeni raunduna başlayıb

ABŞ və Rusiya strateji silahların azaldılmasına dair danışıqların yeni raunduna başlayıb

<!-- IMAGE -->

Birləşmiş Ştatlar və Rusiya nüvə arsenallarının azaldılması ətrafında danışıqların yeni raunduna başlayıb.

Hər iki tərəfdən müzakirəçilər bu gün Cenevrədə görüşərək, strateji silahlara dair müqavilə ətrafında özləri dedikləri kimi danışıqların son mərhələsinə qədəm qoyduqlarını bildiriblər.

Yeni müqavilə dekabrda müddəti bitmiş 1991-ci ilin Strateji Silahlara dair müqaviləsini əvəz edəcək. Müqavilədə tərəflərin nüvə başlıqları və raket daşıyan sistemləri məhdudlaşdırması nəzərdə tutulurdu.

Rusiya rəsmiləri müzakirələrin hazırkı raundunun aprel ayında başa çata biləcəyini deyiblər.

ABŞ rəsmiləri son möhlətin qoyulmadığını bildirirlər.

Vaşinqton və Moskva silahların azaldılmasına dair yeni müqavilə ətrafında danışıqlara keçən il başlayıblar.


XS
SM
MD
LG