Accessibility links

İranın sabiq prezidenti Məhəmməd Xatəminin ölkəni tərk etməsinə qadağa barədə məlumat inkar edilib


İranın sabiq prezidenti Məhəmməd Xatəminin ölkəni tərk etməsinə qadağa barədə məlumat inkar edilib
İranın sabiq prezidenti Məhəmməd Xatəminin ölkəni tərk etməsinə qadağa barədə məlumat inkar edilib

<!-- IMAGE -->

İranın sabiq prezidenti Məhəmməd Xatəminin vəkili islahatçı siyəsətçiyə ölkəni tərk etməyə icazə verilmədiyi barədə məlumatı inkar edib. Mahmud Əlizadə Tabatabai İranın yarı-rəsmi Fars xəbər agentliyinnin dərc etdiyi reportajın doğru olmadığını deyib. O, səyahətə qadağa barədə qərarı məhkəmənin qəbul edə biləcəyini və cənab Xatəmiyə qarşı belə bir qərarın çıxarılmadığını deyib.

Fars xəbər agentliyinin adını açıqlamadığı mənbələrə istinadən bildirdiyinə görə, İran hökuməti sabiq prezidentin İranı tərk etməsinə qadağa qoyub. Xəbərdə cənab Xatəminin bu yaxınlarda ölkəni tərk etmək istədiyi deyilir. Qeyd edək ki, sabiq prezident Məhəmməd Xatəmi prezident seçkilərində məğlub olan Mir Hüseyn Musəvini əsas dəstəkləyənlərdəndir.

XS
SM
MD
LG