Accessibility links

Türkiyə: Konqres soyqırıma dair qətnamə ilə bağlı mövqeyinə aydınlıq gətirməyənə qədər səfir ABŞ-a qaytarılmayacaq

<!-- IMAGE -->

Türkiyə bildirir ki, Konrqes Osmanlı imperiyası dövrü ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamə ilə bağlı mövqeyinə aydın gətirməyənə qədər ABŞ-dakı səfirini Vaşinqtona qaytarmayacaq.

Səudiyyə Ərəbbistanında səfərdə olan Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib ki, bu məsələ Türkiyənin ABŞ-la əlaqələrinə olduqca böyük zərər vura bilər.

Məsələ ətrafında mübahisə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində Birinci Dünya müharibəsi dövrü yüz minlərlə erməninin ölümünü Osmanlı ordusu tərəfindən soyqırım aktı kimi tanıyan qətnamənin qəbul edilməsindən sonra başlamışdır.

Prezident Barak seçkisindən öncə qətllərin soyqırım olduğuna inandığını bildirmişdi. Lakin administrasiya rəsmiləri prezident Obamanın qətnamənin əleyinə çıxdığını bildirirlər.

Qətnamə Nümayəndələr Palatasında hələlik səsverməyə qoyulmayıb.

XS
SM
MD
LG