Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad Əfqanıstandadır


İran prezidenti Mahmud Əhmədinejad Əfqanıstandadır

İran prezidenti Mahmud Əhmədinejad Əfqanıstandadır

<!-- IMAGE -->

Əfqanıstanda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad prezident Həmid Karzayla görüşərək, Birləşmiş Ştatlar ordusunun bu ölkəyə sülh gətirməyəcəyini deyib. Cənab Əhmədinejad bunu bu gün, Kabildə prezident Həmid Karzayla birlikdə keçirilən mətbuat konfransında deyib. İran prezidenti Amerika ordusunun ölkədəki Taliban yaraqlılarının fəaliyyətlərinə son qoyacağına inanmadığını deyərək, ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməli olduğunu bir daha təkrar edib.

Cənab Əhmədinejadın Əfqanıstana səfəri Birləşmiş Ştatların müdafiə naziri Robert Geytsin bu ölkəyə səfərinin başa çatmasından əvvələ təsadüf edir. Əfqansıtana səfəri zamanı Robert Geyts həftənin əvvəlində, ABŞ-ın bu ölkədə sabitlik yaratmaq istədiyi bir vaxt İranın bir tərəfdən Əfqanıstan hökumətini dəstəklədiyini, digər tərəfdən Birləşmiş Ştatların ölkədə sabitliyə nail olunması səylərinin qarşısını almağa çalışmaqla "ikili oyun" oynadığını demişdi.

XS
SM
MD
LG