Accessibility links

ABŞ generalı Qırğızıstan prezidenti ilə təhlükəsizliyə dair danışıqlar aparıb


ABŞ generalı Qırğızıstan prezidenti ilə təhlükəsizliyə dair danışıqlar aparıb
ABŞ generalı Qırğızıstan prezidenti ilə təhlükəsizliyə dair danışıqlar aparıb

<!-- IMAGE -->

Birləşmiş Ştatların Mərkəzi komandanlığının başçısı, general Deyvid Petreas Əfqanıstanda vəziyyət də daxil olmaqla, ikitərəfli əlaqələri müzakirə etmək üçün Qırğızıstan prezidenti Kurmanbek Bakıyevlə görüşüb.

Rəsmilər bu gün Bişkekdə aparılan danışıqlarla bağlı bəzi detalları açıqlayıblar. Cənab Bakiyevin ofisindən bildirilir ki, general Petreas Qırğızıstanın liderinə ABŞ-ın Əfqanıstanda hərbi səylərinə dəstəyə görə təşəkkürünü bildirib.

Bəyanatda cənab Bakiyevə istinadən bildirilir ki, o, generala Mərkəzi Asiyada bütün təhlükələr və risklərin Əfqanıstandan qaynaqlandığını deyib.

Birləşmiş Ştatlar bu həftə Qırğızıstanın təhlükəsizlik qüvvələri üçün Batken regionunda anti-terror təlim mərkəzinin inşa ediləcəyini elan edib. Tikinti işləri gələn il başlayacaq və 5.5 milyon dollara başa gələcək. ABŞ obyektin Qırğızıstan hökumətinə məxsus olduğunu bildirirlər.

XS
SM
MD
LG